
Bakı. Trend:
Hindistanın Uttar Pradeş ştatının Yamuna avtomagistralında çox
sayda nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş
verib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
İlkin məlumata görə, hadisə nəticəsində azı 13 nəfər həyatını
itirib, təxminən 75 nəfər yaralanıb
Qatı dumanın səbəb olduğu məhdud görmə ilə əlaqədar baş vermiş
ağır yol qəzasında 8 avtobus və 3 minik avtomobili toqquşub.
Qəzadan sonra bəzi avtomobillər yanmağa başlayıb və sərnişinlər
nəqliyyat vasitələrini tərk edə bilməyiblər.
Hadisə ilə bağlı araşdırma aparılır.

