
Bakı. Trend:
Çernobıl Atom Elektrik Stansiyası (AES) hadisələri ilə əlaqədar
əlilliyi olan şəxslərin sosial təminatı üzrə tədbirlər davam
etdirilir.
Trend-in
məlumatına görə, bu işlərin davamı kimi qəzanın ləğvi ilə əlaqədar
və xüsusi nəqliyyat vasitəsi almaq üçün tibbi göstərişləri olan
əlilliyi olan şəxslərə növbəti partiya üzrə avtomobillər təhvil
veriləcək.
Məlumata əsasən, bu tədbirlər çərçivəsində 24 nəfər 2025-ci il
istehsallı sedan tipli avtomobillərlə təmin olunacaqlar.
Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyində Sosial Xidmətlər Agentliyi artıq bununla bağlı müvafiq
işlərə start verib.
Agentlik avtomobillərin satın alınmasının 390,6 min manata başa
gələcəyini proqnozlaşdırıb.

