Akademik Milli Dram Teatrı Çin teatrları ilə əməkdaşlığa başlayır

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyinin yol xəritəsinə uyğun olaraq
beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirir.

Trend xəbər
verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bu məqsədlə teatrın direktoru, əməkdar mədəniyyət işçisi İlham
Əsgərov Çin Xalq Respublikasında səfərdə olub. Səfər çərçivəsində
Qansu və Şandun vilayətlərinin Milli Dram Teatrları, eləcə də Çin
Milli Dram Teatrı ilə görüşlər keçirilib, əməkdaşlıq perspektivləri
müzakirə olunub. Qansu Milli Dram Teatrı ilə əməkdaşlıq haqqında
Memorandum imzalanıb.




Görüşlərdə qarşılıqlı qastrol səfərləri, rejissor və aktyor
mübadiləsi, səhnə texniki əməkdaşlığı məsələləri diqqət mərkəzində
olub. Eyni zamanda Çin dramaturqlarının əsərlərinin Akademik Milli
Dram Teatrının səhnəsində təqdim edilməsi barədə razılıq əldə
olunub. Çin dramaturqu Lyu Şuqanın əsəri 2026-cı ilin repertuarına
daxil edilib.

Razılaşmaya əsasən, Azərbaycan teatrının tamaşalarının Pekin,
Şanxay və Çandu şəhərlərində nümayişi, həmçinin 2026-cı ilin iyun
ayında Bakıda yeni Memorandumun imzalanması planlaşdırılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir