Belarus Qarabağın bərpası layihələrində iştirak edir – Səfir

Baş səhifə

Bakı. Trend:

Belarus Qarabağın bərpası üzrə birgə layihələrdə fəal iştirak
edir.

Trend xəbər
verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç
2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı
zamanı bildirib.

Pineviçin sözlərinə görə, il ərzində o, dəfələrlə Azərbaycanın
müxtəlif regionlarında olub.

“Bu il ərzində bir neçə dəfə Gəncədə olmuşam, yeddi dəfə
Qarabağa səfər etmişəm, həmçinin Şahdağda, Qusarda, Qubada,
Xaçmazda, Lənkəranda, Şəkidə, Şamaxıda və Qobustanda olmuşam.
Azərbaycanın hər guşəsinin özünəməxsusluğu və gözəlliyi
heyranedicidir. Planlarımda mütləq Naxçıvana səfər etmək də var”, –
deyə səfir qeyd edib.

O, həmçinin vurğulayıb ki, Belarus Azərbaycanın ərazisində
ikitərəfli layihələrin həyata keçirilməsində maraqlıdır.

“Fəaliyyət istiqamətimiz ondan ibarətdir ki, xalq təsərrüfatının
hər bir sahəsində və Azərbaycanın hər bir regionunda ikitərəfli
layihələr – sənaye, tarixi, mədəni və ya digər sahələr üzrə
layihələr reallaşdırılsın”, – deyə Dmitri Pineviç bildirib.




БАКУ /Trend/ — Беларусь активно участвует в совместных проектах
по восстановлению Карабаха.

Как сообщает в среду Trend, об этом заявил посол Беларуси в Азербайджане
Дмитрий Пиневич, выступая на пресс-конференции, посвящённой итогам
2025 года.

По словам Пиневича, в течение года он неоднократно посещал
различные регионы Азербайджана.

“За этот год я несколько раз побывал в Гяндже, семь раз посетил
Карабах, а также Шахдаг, Гусар, Губу, Хачмаз, Лянкяран, Шеки,
Шамахы и Гобустан. Неповторимость и красота каждого уголка
Азербайджана поражают. В планах обязательно посетить Нахчыван”, —
отметил посол.

Он также подчеркнул, что Беларусь нацелена на реализацию
двусторонних проектов по всему Азербайджану. “Наше направление
деятельности заключается в том, чтобы в каждом секторе народного
хозяйства и в каждом регионе Азербайджана был реализован
двусторонний проект — промышленный, исторический, культурный или
иной”, — сказал Пиневич.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir