
Bakı. Trend:
İngiltərənin “Çelsi” klubunun heyətində ciddi itki baş
verib.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, London təmsilçisinin futbolçusu
Estevao sıradan çıxıb.
Braziliyalı vinger ayaq əzələsindən zədə alıb. 18 yaşlı ön xətt
oyunçusu Premyer Liqanın 17-ci turunun “Nyukasl”la matçında iştirak
edə bilməyəcək. Qarşılaşma 20 dekabr tarixində baş tutacaq.
Qeyd edək ki, “Çelsi” Estevaaonu mövsümün əvvəlində “Palmeyras”dan 45 milyon avroya transfer edib. Braziliya millisinin
üzvü olan gənc futbolçu Premyer Liqa nəhənginin heyətində meydana
çıxdığı 21 rəsmi matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda
qalıb.

