Orban: Aİ Rusiyanın dondurulmuş aktivləri məsələsini gündəmdən çıxarıb

Baş səhifə

Avropa İttifaqı liderlərinin sabah başlayacaq sammitinin gündəliyindən Ukrayna üçün dondurulmuş Rusiya aktivləri hesabına nəzərdə tutulan “reparasiya krediti” məsələsi çıxarılıb.

APA xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Macarıstanın Baş naziri Viktor Orban bildirib.

Onun sözlərinə görə, Avropa Komissiyasının sədri bu gün səhər Rusiya aktivləri məsələsinin danışıqlar masasına çıxarılmayacağını elan edib.

Macarıstanın baş naziri bildirib ki, bu qərar ötən axşam baş tutan “pərdəarxası danışıqlar və mübarizənin” nəticəsində verilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir