
Bakı. Trend:
Nyu-York Ticarət Birjasının bir bölməsi olan “Comex” birjasında
2026-cı ilin mart ayında çatdırılma üçün gümüş fyuçerslərinin
qiyməti tarixi maksimumunu yeniləyərək troya unsiyası üçün 67
dolları keçib.
Trend-in
məlumatına görə, bu barədə ticarət platformasından bildirilib.
Məlumata əsasən, qiymətli metalın qiyməti 5,88 faiz artaraq
troya unsiyası üçün 67,045 dollara çatıb. Bakı vaxtı ilə saat
21:51-ə qədər gümüşün qiyməti unsiyası üçün 66,95 dollara (+5,73%)
düşüb.
Eyni zamanda, 2026-cı ilin fevral ayında “Comex” birjasında
çatdırılma üçün qızıl fyuçersləri 4370,9 dollar (+0,89%) təşkil
edib.

