Netanyahu Misirə qaz tədarükü üzrə 34,6 milyard dollarlıq rekord sazişi təsdiqləyib

Baş səhifə

İsrailin Baş naziri Benyamin Netanyahu dekabrın 17-də axşam saatlarında Misirə qaz tədarükünü nəzərdə tutan, ümumi dəyəri 112 milyard şekel (təxminən 34,6 milyard ABŞ dolları) olan sazişi təsdiqlədiyini açıqlayıb.

APA xarici KİV0ə istinadən xəbər verir ki, bu, İsrail üçün qaz sektorunda indiyədək imzalanmış ən iri müqavilədir.

“Bu gün İsrail tarixində ən böyük qaz sazişini təsdiqlədim. Razılaşmanın həcmi 112 milyard şekeldir. Bunun 58 milyard şekeli (təxminən 17,9 milyard dollar) birbaşa dövlət büdcəsinə daxil olacaq”, – deyə Netanyahu energetika naziri Eli Koenlə birgə xalqa ünvanladığı xüsusi televiziya müraciətində bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir