
Bakı. Trend:
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə
nümayəndəsi Elçin Əmirbəyov Niderland Krallığına işgüzar səfəri
çərçivəsində Niderland Krallığının Xarici ticarәt vә inkişaf naziri
Aukje de Vries, Xarici İşlәr Nazirliyinin (XİN) Baş katibi
Christiaan Rebergen, xarici işlәr nazirinin müavini Marsel de Vink,
Niderland Baş nazirinin Milli təhlükəsizlik müşavirinin müavini
Joost van Deutekom, Niderland Senatının Xarici İşlәr, Müdafiә vә
İnkişaf Komitәsinin sәdri, senator Koen Peterssen və komitәnin
digәr üzvlәri, eləcə də bu ölkənin nüfuzlu dövlət və siyasi
xadimləri ilə görüşlər keçirib.
Trend xəbər verir ki,
görüşlərdə Azərbaycan və Niderland arasında ikitərəfli
münasibətlərin mühüm istiqamətləri üzrə fikir mübadiləsi
aparılıb.
Cari il ərzində iki ölkə arasında siyasi münasibətlərdə müsbət
dinamikanın müşahidə olunduğu vurğulanıb, bu xüsusda ən mühüm
nəticə kimi Avropa Siyasi Birliyinin Kopenhagendə Zirvə görüşündə
Prezident İlham Əliyev ilə Baş nazir Dik Sxof arasında keçirilmiş
görüşdə bir sıra sahələrdə əməkdaşlığın gücləndirilməsinə dair
razılığın əldə olunduğu, eləcə də il ərzində xarici işlər
nazirlərinin görüşünün, XİN-lərarsı məsləhətləşmələrin, xarici
işlər nazirinin müavinləri və digər səviyyədə qarşılıqlı səfərlərin
davamlı siyasi dialoqa töhfə verdiyi bildirilib.
Səfər çərçivəsində keçirilmiş görüşlərdə xüsusi diqqət yüksək
səviyyəli qarşılıqlı səfərlərin təşkili, davamlı siyasi
məsləhətləşmələrin aparılması və yeni əməkdaşlıq sahələrinin
müəyyənləşdirilməsinə yönəldilib, müxtəlif sahələrdə əməkdaşlığın
mövcud vəziyyətini nəzərdən keçirib, gələcək inkişaf perspektivləri
və qarşılıqlı maraq doğuran yeni prioritet istiqamətləri müzakirə
edilib.
Tərəflər yalnız hökumətlərarası dialoqun deyil, eyni zamanda,
parlamentlərarası əməkdaşlığın da ölkələr arasında etimadın
möhkəmlənməsinə, qarşılıqlı anlaşmanın dərinləşməsinə xidmət edə
biləcəyini vurğulayıblar. Hər iki ölkənin parlamentləri arasında
münasibətlərin inkişaf etdirilməsi üçün atıla biləcək addımlar,
parlament üzvlərinin qarşılıqlı səfərlərinin təşkili, dostluq
qruplarının fəaliyyəti kimi mövzular müzakirə olunub.
E.Əmirbəyov görüşlər zamanı Azərbaycan və Ermənistan arasında
sülh gündəliyi, Cənubi Qafqaz regionunda dayanıqlı sülhün təmin
edilməsi üçün lazımi şərtlər və bu çərçivədə ölkəmiz tərəfindən
aparılan ardıcıl siyasi xətt və konkret addömlar, işğaldan azad
olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri,
ərazilərin mina ilər çirkləndirilməsinin yaratdığı problemlər
barədə tərəf müqabillərini məlumatlandırıb. Niderland tərəfi isə öz
növbəsində normallaşma istiqamətində irəliləyişi alqışlayıb və sülh
prosesinə öz tam dəstəyini ifadə edib.
Həmçinin görüşlərdə Azərbaycan-Aİ münasibətlərinin cari
vəziyyəti və inkişaf perspektivləri, müzakirə olunan ikitərəfli
sənədlər və regional nəqliyyat bağlantılarının formalaşdırılması
ətrafında fikir mübadiləsi aparılıb. 2025-ci ilin Aİ-Azərbaycan
münasibətləri baxımından müsbət dinamika ilə səciyyələndiyi,
növbəti aylar ərzində bu dinamikanın qorunub-saxlanması və daha da
inkişafının vacibliyi vurğulanıb.
E.Əmirbəyov cari ilin dekabrın əvvəlində qəbul olunmuş
“Aİ-Ermənistan tərəfdaşlığı üzrə strateji gündəlik” adlı sənədin
regionda mövcud reallıqları əks etdirmədiyini vurğulayıb, Avropa
İttifaqının normallaşma prosesinin dəstəklənməsi istiqamətində
göstərdiyi səylərin Azərbaycan və Ermənistan arasında sülhün və
sabitliyin möhkəmlənməsinə töhfə verəcəyinə, tərəflər arasında
etimadı sarsıtmayacağına və Azərbaycan-Aİ münasibətlərini
çətinləşdirməyəcəyinə ümid bəslədiyini ifadə edib.
Səfər Azərbaycan və Niderland arasında iqtisadi sahədə
tərəfdaşlığın gücləndirilməsi istiqamətində ətraflı fikir
mübadiləsinin aparılması nöqteyi-nəzərdən də əhəmiyyətli olub. Bu
xüsusda XİN-in Avropa İdarәsinin rәisi Erik Weststrate, ticarət
üzrə xüsusi elçi Mark Hasselaar, Niderland Sahibkarlıq Agentliyinin
(RVO) və Sәnaye vә Sahibkarlar Konfederasiyasının (VNO-NCW) rəhbər
şəxslərinin iştirakı ilə keçirilmiş geniştərkibli görüşdə kənd
təsərrüfatı, su idarəetməsi, liman infrastrukturu, nəqliyyat,
logistika, bərpa olunan enerji, yüksək texnologiyalar,şəhərsalma
kimi sahələrdə əməkdaşlıq, ticarət dövriyyəsinin gücləndirilməsi,
qarşılıqlı sərmayələrin təşviqi istiqamətində konkret addımların
atılması imkanları müzakirə edilib. Niderland tərəfi Azərbaycanla
hərtərəfli əməkdaşlığa marağını ifadə edib və qısa zamanda
potensial sahələrdə münasibətlərin dərinləşməsinin tərəfdarı
olduğunu bildirib.
Səfər çərçivəsində Niderlandın aparıcı beyin mərkəzi olan
Beynәlxalq Münasibәtlәr İnstitutu “Clingendael” tərəfindən dəyirmi
masa təşkil olunub. Bölgəmiz üzrə ixtisaslaşan ekspertlərin,
Niderland XİN-in, aparıcı mətbuat orqanlarının nümayəndələrinin
iştirak etdiyi dəyirmi masada çıxış edən Prezidentin nümayəndəsi
Cənubi Qafqazda gedən geosiyasi proseslər, Azərbaycan ilə
Ermənistan arasında sülh prosesi, Azərbcaynın Aİ, NATO və Niderland
ilə münasibətləri haqqında danışıb, iştirakçıların çoxsaylı
suallarını cavablandırıb.
Səfər vaxtı E.Əmirbəyov, habelə “Holland Times” qəzetinə və
Haaqada yerləşən analitik mərkəzlərin nümayəndələrinə müsahibələr
verib.

