
Konqo DÇ-2026-ya vəsiqə uğrunda yarışdan kənarlaşdırıla bilər.
Metbuat.az xəbər verir ki, Konqo DÇ-2026-ya vəsiqə uğrunda Afrika zonasında keçirilən pley-off oyununda Nigeriya ilə üzləşib. Əsas vaxt 1-1 hesabı ilə yekunlaşıb. Konqo penaltilərdə 4-3 hesabı ilə qalib gələrək, qitələrarası pley-off mərhələsinə yüksəlib. ESPN-in məlumatına görə, Nigeriya tərəfi Konqo millisində vətəndaşlıqla bağlı qaydaların pozulduğunu iddia edib. Konqoda ikili vətəndaşlıq qadağan edilib. İddialara görə, millinin heyətində meydana çıxan bir sıra futbolçuların ikili vətəndaşlığı olub. Onlar Avropada anadan olublar və həmin ölkələrin pasportlarından imtina etməyiblər.
Məsələ barədə FIFA-ya şikayət ünvanlanıb. Məsələ FIFA tərəfindən araşdırılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

