“İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsi çərçivəsində təlimlər davam edir (FOTO)

Baş səhifə

Bakı. Trend:

Elm və Təhsil Nazirliyinin dəstəyi, AZCON Holding şirkətlərindən
olan “Aztelekom” MMC və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət
Agentliyinin (MÜTDA) təşkilatçılığı ilə “İnternetdən təhlükəsiz
istifadə bacarıqları” korporativ sosial məsuliyyət layihəsi
çərçivəsində təlimlər davam edir.

Məqsəd şagird və müəllimlər arasında internetdən düzgün istifadə
vərdişlərinin formalaşdırılması, rəqəmsal savadlılığın artırılması
və onlayn təhlükələrdən qorunma mədəniyyətinin inkişaf
etdirilməsidir.

Layihə çərçivəsində növbəti təlim Şəki rayonunun Qoxmuq kənd tam
orta məktəbində keçirilib.




Təlimdə “Aztelekom”un mütəxəssisləri tərəfindən şagird və
müəllim heyətinə şəxsi məlumatların qorunması, sosial şəbəkələrdə
davranış qaydaları, onlayn təhlükələrdən qorunma üsulları və
məsuliyyətli internet istifadəsi mövzularında məlumatlar təqdim
olunub.

İki gün davam edən sessiyalar interaktiv formada təşkil olunaraq
real vəziyyətlər üzərində praktiki müzakirələrlə müşayiət edilib.
Təlimə, həmçinin Şəki rayonunun Baltalı – kəndinin müəllim və
şagirdləri də qatılıblar.

Növbəti təlimlərin ölkənin digər bölgələrində də keçirilməsi
planlaşdırılır.

Xatırladaq ki, layihə bu günədək Qusar və Lənkəran rayonlarının
kənd məktəblərinin müəllim və şagirdlərini əhatə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir