Bakı Limanında 11 ayda 7,5 milyon ton yük aşırılıb

Baş səhifə

Bakı. Trend:

Bakı Limanının ümumi yükaşırma nəticələrində davamlı artım
müşahidə edilir.

Trend xəbər
verir ki, bu barədə liman ərazisinə təşkil edilən mediatur zamanı
məlumat verilib.

Bildirilib ki, əgər Ələt qəsəbəsində müasir liman kompleksinin
istifadəyə verildiyi 2018-ci ildə Bakı Limanı vasitəsilə 3 milyon
787 min ton yük aşırılmışdısa, cari ilin 11 ayı ərzində bu rəqəm 7
milyon 547 min tona yüksəlib.




Qeyd edilib ki, bu yüksək nəticələr Bakı Limanının regionun ən
etibarlı logistik qovşaqlarından olduğunu bir daha sübut edir və
Azərbaycanın logistik sisteminin yeni inkişaf mərhələsinə qədəm
qoyduğunu göstərir.

“Limanın yükaşırma göstəricilərinin artması Azərbaycanın Şərqlə
Qərb arasında strateji logistik marşrut kimi mövqeyini daha da
möhkəmləndirir. Bakı Limanında yaşıl və rəqəmsal logistik həllərin
tətbiqi və Orta Dəhliz üzrə inteqrasiyanın dərinləşməsi daha böyük
yük həcmləri, daha geniş ticarət əlaqələri və ölkə iqtisadiyyatına
daha irihəcmli əlavə dəyər vəd edir”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, son dövrdə Azərbaycanın tranzit rolu ildən-ilə
möhkəmlənir, yeni logistik əməkdaşlıqlar və modern infrastruktur
nəticəsində yük əməliyyatları sürətlənib və daha çox həcmdə yük
qəbul edilir. 2025-ci ilin 11 ayında ADY Orta Dəhliz üzrə 350
blok-qatar qəbul edib. Bu, 2024-cü ilin müvafiq dövrü ilə
müqayisədə 34% çoxdur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir