
Bakı. Trend:
2025-ci ildə Avrasiya İnkişaf Bankının (AAİB) iştirakı ilə 21
yeni layihə imzalanıb.
Trend-in xüsusi
müxbiri xəbər verir ki, bunu AAİB-in İdarə Heyətinin sədri Nikolay
Podquzov 2025-ci ilin yekunlarına həsr olunmuş Almatı mətbuat
konfransında bildirib.
“Bu il ərzində ölkələrimizin iqtisadiyyatına dəstək məqsədi
daşıyan 20-dən çox yeni layihə imzalanıb və illik investisiya həcmi
bir qədər 2,6 milyard ABŞ dollarını ötəcək. Bu strateji dövrdə əsas
vəzifəmiz iştirakçı ölkələrimizin hər biri üçün prioritet
istiqamətlər üzrə inkişafa töhfəmizi gücləndirməkdən ibarət olub”,
– deyə N. Podquzov bildirib.
Onun sözlərinə görə, bu istiqamətlərə infrastruktur, “yaşıl”
enerji, sənaye kompleksi, rəqəmsallaşma, iqtisadiyyatların
şaxələndirilməsi və rəqabətqabiliyyətliliyinin artırılması kimi
ənənəvi sahələr daxildir.
“Biz məhz bu cür layihələri Ermənistan, Qırğızıstan və
Tacikistanda həyata keçiririk və bu il həmin ölkələrdə cari
investisiya portfelimizi 659 milyon ABŞ dollarına çatdırmışıq ki,
bu da əvvəlki ilin göstəricisindən 1,5 dəfə çoxdur”, – deyə İdarə
Heyətinin sədri vurğulayıb.
Qeyd edək ki, AAİB iştirakçı dövlətlərin iqtisadi artımına,
onlar arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə və
Avrasiya məkanında inteqrasiya proseslərinin inkişafına investisiya
fəaliyyəti vasitəsilə dəstək göstərmək məqsədi ilə yaradılmış
çoxtərəfli inkişaf bankıdır. AAİB-in iştirakçıları yeddi ölkədir:
Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və
Özbəkistan.

