
Bakı. Trend:
AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC beynəlxalq
fintex şirkəti olan “Simbrella” ilə birlikdə innovativ maliyyə
məhsulu – “SalaryNOW” xidmətini istifadəyə verib.
“SalaryNOW” – “Azərpoçt”un “AzPostMobile” tətbiqinə inteqrasiya
edilmiş, işçilərə – əməkhaqqının bir hissəsini ayın sonunu
gözləmədən əldə etməyə imkan verən sadə və rahat xidmətdir. Bu həll
şəxsi maliyyənin idarə olunmasında yeni imkanlar yaradır və müasir
dövrdə sürətli, şəffaf və istifadəsi asan maliyyə alətlərinə artan
tələbatı qarşılayır.
Xidmət istifadəyə verildiyi gündən böyük maraqla qarşılanıb və
istifadəçilər arasında sürətlə populyarlıq qazanır. Müsbət rəylər
“SalaryNOW”un gündəlik maliyyə tələbatına çevik şəkildə nəzarət
etmək istəyən insanların real ehtiyacına cavab verdiyini
göstərir.
“SalaryNOW”, eyni zamanda yerli bazarda təqdim olunan ən yeni və
qabaqcıl maliyyə xidmətlərindən biri kimi seçilir. Beləliklə, bu
müasir model ölkədə rəqəmsal maaş həlləri üçün yeni bir standart
formalaşdırır.
Bu xidmətin istifadəyə verilməsi ilə “Simbrella” və “Azərpoçt”
əməkdaşlığı Azərbaycanda fintex ekosisteminin inkişafına töhfə
verərək ölkəmizin müasir rəqəmsal maliyyə xidmətlərinə keçidini
dəstəkləyən həllər təqdim edir.

