Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi nəzdində fəaliyyət
göstərən “Su ehtiyatları və meliorasiya sahəsi”nin
Standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 48)
konsensus qərarı ilə tullantı suları üzrə 3 yeni dövlət standartı
hazırlanıb, Azərbaycan Respublikasının Standartlaşdırma İnstitutu
(AZSTAND) tərəfindən təsdiq edilib.

Trend xəbər verir ki, bu
barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat
yayıb.

Qəbul edilən dövlət standartları aşağıdakılardır:




* AZS 983:2025– “Təmizlənmiş tullantı sularının təkrar
istifadəsi üzrə tələblər”;
* AZS 984:2025– “Tullantı sularının su və su təsərrüfatı
obyektlərinə axıdılması üzrə tələblər”;
* AZS 985:2025– “Sənaye müəssisələri, ictimai iaşə obyektləri və
fərdi xidmət sahələrinin istehlakçıları tərəfindən
mərkəzləşdirilmiş kanalizasiya sisteminə axıdılan tullantı
sularında zərərli və çirkləndirici maddələrin miqdarına və
tərkibinə nəzarət”.

Yeni dövlət standartlarının tətbiqi su ehtiyatlarının təhlükəsiz
və səmərəli idarə olunmasına, tullantı sularının təkrar
istifadəsinin tənzimlənməsinə, su obyektlərinə axıdılan tullantı
sularının ekoloji və sanitar-gigiyenik təhlükəsizliyinin təmin
edilməsinə, eləcə də mərkəzləşdirilmiş kanalizasiya sisteminə daxil
olan tullantı sularının tərkibinə nəzarətin gücləndirilməsinə
xidmət edəcək.

Qeyd edək ki, təsdiq edilmiş dövlət standartları Azərbaycan
Respublikasının Standartlaşdırma İnstitutu tərəfindən
Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil
edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir