
Bakı. Trend:
Uşaq və Gənclər Futbol Federasiyasının İB tərəfindən həyata
keçirilən “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsinin iş planına
uyğun olaraq növbəti səfər 14 dekabr 2025-ci il tarixdə Qusar
şəhərində baş tutdu.
Trend xəbər
verir ki, Qusar Olimpiya Mərkəzində keçirilən tədbir çərçivəsində
bölgənin uşaq futbol komandalarının gənc oyunçuları və məşqçiləri
ilə görüş keçirildi.
Tədbirdə UGFF-nin prezidenti Asif Əliyev, federasiyanın baş
katibi Asim Xudiyev, federasiyanın İdarə Heyətinin üzvləri, Qusar
İdman İdarəsinin nümayəndələri, Şahdağ (Qusar) futbol klubunun
rəhbəri İlham Murtuzayev, rayonun futbol veteranı Kəmran
Nurəhmədov, METAK Uşaq Futbol Klubu və Şirvanovka Uşaq Futbol Klubu
iştirak etdilər.
Tədbirdən əvvəl uşaq futbol bölmələrinin üzvlərinə idman
geyimləri və futbol topları hədiyyə edildi. Çıxış edənlər arasında
UGFF-nin prezidenti Asif Əliyev, federasiyanın baş katibi Asim
Xudiyev, Şahdağ futbol klubunun rəhbəri İlham Murtuzayev və futbol
veteranı Kəmran Nurəhmədov oldular.
Tədbirin sonunda yeniyetmə futbolçular arasında mini-turnir
təşkil olundu.

