“Yelo Bank”ın dəstəyi ilə Yeni Nəsil Maliyyə Forumu keçirildi (FOTO)

Baş səhifə

Bakı. Trend:

17 dekabr 2025-ci il tarixində Azərbaycandakı Amerika Ticarət
Palatasının (AmCham Azerbaijan) təşkilatçılığı və “Yelo Bank”ın
dəstəyi ilə “Yeni Nəsil Maliyyə Forumu: İnnovasiya, Texnologiya və
İnklüzivlik” adlı tədbir keçirilib.

Forumun məqsədi maliyyə sektorunda innovasiyaların,
texnologiyanın və inklüzivliyin rolunu müzakirə etmək, yeni
tendensiyalar və gələcək imkanlar barədə fikir mübadiləsi aparmaq
idi. Tədbir maliyyə sahəsinin liderlərini və beynəlxalq ekspertləri
bir araya gətirərək, sürətlə dəyişən maliyyə ekosistemində
perspektivləri işıqlandırdı.

Forumda tanınmış spikerlər çıxış etdilər:




  • İnna Ojogina, “Amazon Web Services”in Mərkəzi Asiya, Qafqaz və
    Monqolustan üzrə ölkə meneceri;
  • Lakş Qanqvani, ViewTrade Holding Corporation-un Qlobal İnkişaf
    və Müştəri Əlaqələri üzrə İdarəedici Direktoru;
  • Edqar Abdullayev, United Payment Azerbaijan-ın Baş icraçı
    direktoru və AzFINA İdarə Heyətinin sədri.

Onlar süni intellektin maliyyə xidmətlərinə təsiri, yeni
tendensiyalar və rəqəmsal platformaların rolu barədə öz baxışlarını
paylaşdılar.

Forumun ikinci hissəsində “Unicapital” İnvestisiya Şirkətinin
Baş direktoru Vüqar Namazovun moderatorluğu altında panel
müzakirəsi keçirildi. Müzakirədə maliyyə texnologiyalarının
praktiki tətbiqləri və inklüziv maliyyə imkanları geniş şəkildə
işıqlandırıldı. Panelin sonunda iştirakçılar spikerlərə suallar
ünvanlayaraq açıq dialoqda iştirak etdilər.

“Yelo Bank” üçün bu forum maliyyə sektorunda innovativ
yanaşmaları dəstəkləmək və inklüzivliyi təşviq etmək baxımından
önəmli addımdır. Bank müştərilərinə hər zaman daha rahat, müasir və
əlçatan maliyyə həlləri təqdim etməyə davam edəcək.

Təcili kredit əldə etmək
istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsappyelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir