İnnovasiya ekosisteminin ən fəal oyunçuları mükafatlandırılıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü ilə
17 dekabr 2025-ci il tarixində Azərbaycanın innovasiya
ekosistemində ən mühüm hadisələrdən biri olan “IDDA Awards”
müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub. Tədbirdə
innovasiya ekosisteminin 200-ə yaxın oyunçusu ilə yanaşı,
startaplar, böyük şirkətlərin və müxtəlif dövlət qurumlarının
nümayəndələri iştirak ediblər.

Bu il müsabiqəyə 8 fərqli nominasiya üzrə ümumilikdə 162
müraciət daxil olub. Onlardan 119 müraciət ictimai səsvermə
mərhələsinə keçib və sonda hər nominasiya üzrə 5 finalçı münsiflər
heyəti tərəfindən qiymətləndirilib.

Tədbirin rəsmi hissəsində İRİA-nın İdarə Heyətinin sədri Fərid
Osmanov, İRİA-nın İnnovasiya ekosistemi departamentinin müdiri
Taleh Kərimli, eləcə də İnvestisiya və miqyaslaşma şöbəsinin müdiri
Ağahüseyn Əhmədov çıxış edərək ölkədə innovasiya və rəqəmsal
transformasiya sahəsində görülən işlər, ekosistemin inkişaf
perspektivləri və “IDDA Awards”un bu prosesdə rolu barədə
fikirlərini bölüşüblər.




“IDDA Awards 2025”in qalibləri:

İlin Startapı – IMED
İlin Rezidenti – Era Soft Digital Solutions
İlin Ekosistem Lokomotivi – Emiliya Əhmədova
İlin Ekosistem Oyunçusu – Yaradıcı Mərkəz
İlin Bacarıq Gücü – STEP IT
İlin Texnologiya Tədbiri – Baku ID
İlin İKT-də Qadını – Emiliya Əhmədova
İlin Rəqəmsal Layihəsi – e-AHİK

Qeyd edək ki, “IDDA Awards” Azərbaycanda innovasiyaların
təşviqinə, startaplar tərəfindən yaradılan qabaqcıl texnoloji
həllərin tanıdılmasına və innovativ layihələrin həm dövlət, həm də
özəl sektorda tətbiqinin stimullaşdırılmasına xidmət edən mühüm
platformadır. Müsabiqə iştirak edən və xüsusilə də qalib olan
layihələr üçün ekosistemdə tanınmaqla yanaşı, şəbəkələşmə və yeni
tərəfdaşlıqların qurulması baxımından geniş imkanlar yaranır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir