
Bakı. Trend:
Bu ilin yanvar-sentyabr ayları ərzində İsveçdən Azərbaycana
birbaşa xarici investisiyaların həcmi 29,664 milyon ABŞ dolları
təşkil edib.
Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,9
milyon dollar və ya 17,1 dəfə çoxdur.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi
həcmində İsveçdən reallaşan investisiyaların payı 0,6% təşkil
edib.
Azərbaycan isə öz növbəsində cari ilin ilk 9 ayı ərzində İsveç
iqtisadiyyatına 20,623 milyon dollar sərmayə qoyub ki, bu, ötən
ilin eyni dövrü ilə müqayisədə 8,5 milyon dollar və ya 29,3%
azdır.
Birbaşa xarici investisiyaların ümumi həcmində İsveçə yatırılan
Azərbaycan investisiyalarının xüsusi çəkisi 1% təşkil edib.
2024-cü ilin ilk 9 ayı ərzində İsveçdən Azərbaycana birbaşa
xarici investisiyaların ümumi həcmi 1,730 milyon dollar,
Azərbaycandan isə bu ölkəyə yatırımların həcmi 29,153 milyon dollar
təşkil etmişdi.
Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycan
iqtisadiyyatına birbaşa xarici investisiyalar 4,736 milyard ABŞ
dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki
göstəriciyə nisbətən 213,485 milyon ABŞ dolları və ya 4,7% artım
deməkdir.
Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xarici
iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə
2,039 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 9
ayındakı göstərici ilə müqayisədə 658,090 milyon ABŞ dolları və ya
47,7% çoxdur.

