Azərbaycan və Türkiyə Gürcüstanın dəmir yolu şəbəkəsindən tam şəkildə istifadə edə biləcək – “S&P”

Baş səhifə

Bakı. Trend:

Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin sınaqlarının 2025-ci
ildə başa çatdırılması, həmçinin gömrük prosedurlarının
təkmilləşdirilməsi daşımaların həcminin bərpasına töhfə verəcək.
Bu, Türkiyə və Azərbaycanın Gürcüstanla dəmir yolu əlaqəsindən tam
şəkildə istifadə etməsinə imkan yaradacaq.

Trend bu barədə
“S&P Global Ratings”ə istinadən məlumat verir.

Qeyd olunur ki, “S&P” 2025–2027-ci illərdə “Gürcüstan Dəmir
Yolu” ASC (GR) üzrə yükdaşımaların həcminin mərhələli şəkildə bərpa
olunacağını gözləyir. Buna mövcud buraxılış qabiliyyəti
məhdudiyyətlərinin aradan qaldırılması şərait yaradacaq.




“Əsas xəttin modernləşdirilməsi üzrə yaxın zamanda başa
çatdırılmış layihə dəmir yolunun ötürücülük qabiliyyətini
əhəmiyyətli dərəcədə artıraraq illik təxminən 48 milyon tona
çatdırıb, hansı ki, əvvəl bu göstərici 27 milyon ton idi. Layihə
2025-ci ilin sentyabrında istismara verilib və onun 2026-cı ildən
etibarən tam gücü ilə reallaşdırılması gözlənilir.

Bundan əlavə, agentliyinin proqnozuna görə, GR-in mövcud
strateji və marketinq səyləri, həmçinin dövlət tərəfindən
dəstəklənən təkmilləşdirmələr orta və uzunmüddətli perspektivdə
daşımaların həcminin bərpasına xidmət edəcək”, – deyə məlumatda
qeyd olunub.

“S&P”nin bildirdiyinə görə, yükdaşımaların həcminin
bərpasında əsas amil GR-in artımın davam etdirilməsi, mövcud
infrastrukturun saxlanılması və hərəkət tərkibinin yenilənməsi üçün
tələb olunan yüksək kapital xərclərinin (capex) öhdəsindən gələ
bilməsidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir