Azərbaycan və Oman arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Oman
Sultanlığından olan həmkarı Səid bin Məhəmməd bin Əhməd Al Saqri
ilə görüşərək iki ölkə arasında iqtisadi əməkdaşlığın
möhkəmləndirilməsini müzakirə edib.

Trend xəbər verir
ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov bu barədə öz “X”
səhifəsində məlumat paylaşıb.

“Oman Sultanlığının iqtisadiyyat naziri Səid bin Məhəmməd bin
Əhməd Al Saqri ilə görüş zamanı iqtisadi əlaqələrin
möhkəmləndirilməsi imkanlarını nəzərdən keçirdik. Birgə fəaliyyətin
təşviqi istiqamətində hüquq-müqavilə bazasının gücləndirilməsinin
əhəmiyyətini vurğulayaraq, Azərbaycan – Oman Birgə Biznes Şurasının
yaradılması, ticarət, bərpa olunan və ənənəvi enerji, investisiya,
turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi
perspektivlərini dəyərləndirdik”,- deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, cari ilin yanvar-noyabr aylarında Azərbaycanla
Oman arasında ticarət dövriyyəsinin həcmi 1,386 milyon dollar
təşkil edib.




Bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə
44,589 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu,
ötən ilin eyni dövrü ilə müqayisədə 1,480 milyard dollar və ya 3,4%
çoxdur.

Xarici ticarət dövriyyəsinin 23,401 milyard ABŞ dolları ixracın,
21,188 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə
ixrac 937 milyon dolar və ya 3,8% azalıb, idxal isə 2,416 milyard
dollar və ya 12,9% artıb.

Yekunda xarici ticarətdə 2,213 milyard dollarlıq müsbət saldo
yaranıb ki, bu da illik müqayisədə 3,353 milyard dollar və ya 2,5
dəfə azdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir