Özbəkistan nümayəndə heyəti Şuşa şəhəri ilə tanış olub (FOTO)

Baş səhifə

Bakı.Trend:

Azərbaycanda keçirilən Özbəkistan Mədəniyyəti Günləri
çərçivəsində qardaş ölkənin nümayəndə heyəti dekabrın 18-də Şuşa
şəhərində olub.

Trend xəbər
verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Şuşanın tarixi, Azərbaycanın mədəniyyət və
ədəbiyyatına bəxş etdiyi şəxsiyyətlər, Ermənistanın işğalı altında
olduğu müddətdə şəhərin tarixi-mədəni irsinə qarşı həyata keçirilən
vandalizm barədə qonaqlara ətraflı məlumat verilib.




Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində Azərbaycan
Ordusunun misli görünməmiş qəhrəmanlığı nəticəsində şəhər 28 illik
işğaldan azad edilib. Qısa müddət ərzində şəhərdə sürətli
bərpa-quruculuq işləri aparılıb, tarixi və dini abidələr yenidən
qurulub, keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma yurda
qayıdışı təmin olunur.

Şuşa şəhərinin 2023-cü ildə Türk dünyasının, 2024-cü ildə isə
İslam dünyasının “mədəniyyət paytaxtı” missiyasını uğurla yerinə
yetirdiyi də nümayəndə heyətinin diqqətinə çatdırılıb.

Səfər çərçivəsində şəhərdə Natəvan, Bülbül və Üzeyir
Hacıbəylinin güllələnmiş heykəlləri, Natəvanın evi, Natəvan bulağı,
Şuşa qalası, Yuxarı Gövhər Ağa məscidi və Bülbülün Ev-Muzeyi ilə
tanışlıq olub. Şuşanın tarixi-mədəni və dini məkanları, təbii
zənginlikləri özbək qonaqlarda unudulmaz təəssürat yaradıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir