Serbiya Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 28 dəfədən çox artırıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr ayları ərzində Serbiyadan Azərbaycana
birbaşa xarici investisiyaların həcmi 6,187 milyon ABŞ dolları
təşkil edib.

Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,968
milyon dollar və ya 28,2 dəfə çoxdur.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi
həcmində Serbiyadan reallaşan investisiyaların payı 0,1% təşkil
edib.




2024-cü ilin ilk 9 ayı ərzində Serbiyadan Azərbaycana birbaşa
xarici investisiyaların ümumi həcmi 219 min dollar bərabər
olmuşdu.

Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycan
iqtisadiyyatına birbaşa xarici investisiyalar 4,736 milyard ABŞ
dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki
göstəriciyə nisbətən 213,485 milyon ABŞ dolları və ya 4,7% artım
deməkdir.

Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xarici
iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə
2,039 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 9
ayındakı göstərici ilə müqayisədə 658,090 milyon ABŞ dolları və ya
47,7% çoxdur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir