
Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin, yerli
hüquq-mühafizə orqanları, idarə, təşkilat və müəssisə rəhbərlərinin
iştirakı ilə Pirquluoba kəndində sakinlərin müraciət və təklifləri
dinlənilib.
Qəbulda Pirquluoba İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə
daxil olan Pirquluoba, Qoçaqlı, Hacıməmmədoba və Yeni Sudur
kəndlərinin sakinləri iştirak ediblər.
Sakinlər son illər həyata keçirilən abadlıq və quruculuq
işlərinə görə təşəkkürlərini bildiriblər. Həmçinin elektrik
təsərrüfatının yenilənməsi, yolların təmiri və məşğulluqla bağlı
müraciətlər səsləndirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin
arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən
problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar
verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həlli məqsədilə yerlərdə həyata
keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və
Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə
ediblər.

