Qaxda avtomobil vuran piyada ölüb- YENİLƏNİB

Baş səhifə

Qaxda avtomobil vuran piyada ölüb.

APA xəbər verir ki, bu gün saat 14 radələrində Qax rayonu ərazisində H.Bayramova idarə etdiyi “Nissan” markalı avtomobillə piyada, 43 yaşlı Maya Otaraşvilini vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-ya bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

***

15.38

Qaxda yol qəzası baş verib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax-İlisu avtomobil yolunda, rayonun Qaxbaş kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, Həlimə Bayramlının idarə etdiyi minik avtomobili yolu keçmək istəyən 43 yaşlı Maya Otaraşvilini vurub. Hadisə nəticəsində piyada və sürücü xəsarət alıb. Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir