
ABŞ Prezidenti Donald Tramp 2026-cı il üçün rekord qıran 901 milyard dollarlıq müdafiə büdcəsini imzalayıb.
APA xəbər verir ki, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.
“Bu qanunvericilik Hərb Nazirliyinə mənim “Güc vasitəsilə sülh” siyasətimi həyata keçirməyə, vətəni daxili və xarici təhdidlərdən qorumağa və müdafiə sənayesi bazasını gücləndirməyə imkan verəcək”, – Tramp deyib.
17 dekabrda ABŞ Konqresi qanun layihəsini təsdiqləyib. Bu, digər məsələlərlə yanaşı, 2026 və 2027-ci illərdə Ukraynaya 400 milyon dollarlıq dəstək nəzərdə tutur.
Qeyd edək ki, 30 sentyabrda müddəti bitən ABŞ-ın 2025-ci maliyyə ili üçün müdafiə büdcəsi 884 milyard dollar təşkil edib.

