Aİ ölkələri Ukraynaya 90 milyard avro maliyyə ayırmaq barədə razılığa gəliblər

Baş səhifə

Avropa İttifaqı sammitinin iştirakçıları Kiyevə iki il ərzində 90 milyard avro maliyyə ayırmaq barədə razılığa gəliblər.

APA xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta öz “X” hesabında məlumat verib.

“Biz razılığa gəldik. Ukraynaya 2026-2027-ci illərdə 90 milyard avro dəstək vermək barədə qərar qəbul olundu”, – o yazıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir