Perulu rəssam Sol Alexonun alpakaları Bakıda Heydər Əliyev Mərkəzində (FOTO)

Baş səhifə

Bakı. Trend:

Heydər Əliyev Mərkəzində perulu rəssam Sol Alexonun “And və
Qafqaz dağları arasında təxəyyül dünyası” (The Imaginary World
between the Andes and the Caucasus) adlı sərgisi açılıb.

Trend xəbər verir
ki, sərgidəki əsərlərin əsas qəhrəmanları And yaylasının rəmzinə
çevrilmiş alpakalardır. Sol Alexonun rəsmlərində onlar insani
duyğularla təsvir edilir.




Ziyarətçilər rəssamın xüsusi olaraq Bakı sərgisi üçün yaratdığı
əsərləri də görə bilər. İlk dəfə təqdim edilən bu əsərlərdə müəllif
qəhrəmanlarını Bakının və Şamaxının tarixi abidələri, görməli
məkanlarında təsvir edir: Şamaxıdakı Alpaka fermasında, Bakının
Şeytan çarxında, Bakı bulvarını seyr edərkən, Heydər Əliyev
Mərkəzinin qarşısında və digər məkanlarda.

Bu günədək 60-dan çox yerli və beynəlxalq sərginin iştirakçısı
olan Sol Alexo gənc yaşlarından incəsənətə maraq göstərib. O, And
və Qafqaz dağlarının təbiətindən ilhamlanaraq yaratdığı əsərlərində
sərhədlərdən asılı olmayan, həm And, həm də Qafqaz dağlarında
yaşayan alpakaların ümumiləşmiş obrazı ilə incəsənətin
mədəniyyətlərarası körpü rolunda çıxış etdiyini vurğulayır. Onun
əsərlərində alpakalar təkcə süjet xətti deyil, həm də rəmzi və
emosional məna daşıyır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir