
Bakı. Trend:
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını
təmin etmək məqsədilə 26, 27, 28 və 29 dekabr tarixlərində
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin
edib.
Bu barədə Trend-ə ADY-dən
məlumat verilib.
Bildirilir ki, eyni zamanda, sərnişinlər bu istiqamətlər üzrə
gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilər.
Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya
“ADY Mobile” tətbiqindən əldə etmək olar.

