
Bakı. Trend:
Malayziyada güclü daşqınlar səbəbindən 15 mindən çox insan
müvəqqəti yerləşdirmə məntəqələrinə təxliyə edilib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, krallıqda təxliyə olunan sakinlərin sayı 15 358
nəfərdir. Təbii fəlakət Malayziyanın Pahang (13 472 köçürülən
sakin), Trenqanu (1 344), Cohor (356) və Kelantan (186) ştatlarını
əhatə edib.
2024-cü ildə Malayziyada baş verən daşqınların vurduğu zərərin
həcmi 933,4 milyon ringgit (228,6 milyon ABŞ dolları) təşkil edib
ki, bu da ölkənin ÜDM-nin təxminən 0,05 faizinə bərabərdir.

