
Bakı. Trend:
Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Gürcüstanın aparıcı
telekommunikasiya şirkətlərindən biri olan Silknet JSC-nin
emitentin uzunmüddətli defolt reytinqini (IDR) B+ səviyyəsindən BB-
səviyyəsinədək yüksəldib və reytinq üzrə proqnozu “stabil” olaraq
müəyyən edib.
Trend bu barədə
“Fitch Ratings”ə istinadən xəbər verir.
“Fitch” 300 milyon ABŞ dolları məbləğində başlıca təminatsız
istiqrazların tam şəkildə ödənilməsindən sonra “Silknet”in borc
öhdəliklərinə reytinq vermir.
“Reytinqlər “Silknet”in ana şirkəti olan “Silk Road Group
Holding LLC” (BB-/stabil proqnoz) ilə güclü əlaqələrini əks
etdirir. Belə ki, “Silknet Silkroad”un 400 milyon ABŞ dolları
məbləğində avroistiqrazlarına zəmanət verir. Bundan əlavə, şirkətin
Gürcüstanda ikinci ən böyük telekommunikasiya operatoru kimi
bazarda möhkəm mövqeləri və müsbət sərbəst pul axını (FCF)
yaratması nəzərə alınır. Maliyyələşmənin əsas hissəsi ana şirkət
tərəfindən təmin edildiyindən, xarici borcun həcmi əhəmiyyətli
deyil.
“Fitch Silknet” ilə onun ana şirkəti arasındakı əlaqələri güclü
hesab edir ki, bu da “ana şirkət – törəmə şirkət” meyarlarının
tətbiqinə ehtiyac olmadan reytinqlərin eyniləşdirilməsinə imkan
verir. “Silknet Silk Road”un 400 milyon ABŞ dolları məbləğində
avroistiqrazlarına zəmanət verir, ana şirkət isə “Silknet”in demək
olar ki, bütün maliyyələşməsini təmin edir. “Fitch” bunu faktiki
olaraq zəmanətin verilməsinə bərabər qiymətləndirir. “Silkroad”
“Silknet”in səhmlərinin 95 faizinə sahibdir və payını artırmaq
niyyətindədir”, – məlumatda qeyd olunur.
“Silknet”in yüksək dərəcədə cəmlənmiş, lakin nisbətən sabit və
kiçik bazarda – 5,8 milyon mobil və 1,2 milyon pərakəndə internet
abunəçisi olan mühitdə – rəqabət mövqelərini qoruyub saxlayacağı
gözlənilir.
Agentliyin məlumatına görə, Gürcüstan bazarına əsasən iki iri
operator – “Magticom” və “Silknet” – xidmət göstərir; üçüncü ən
böyük oyunçu olan “Cellfie” xeyli geri qalır, digər daha kiçik
şirkətlər isə bazarın cüzi hissəsinə malikdir.

