AQTA bayram günlərində saxta spirtli içkilərlə bağlı çağırış edib

Baş səhifə

Bakı.Trend:

Qanunsuz yollarla saxta spirtli içki hazırlayıb insanların
sağlamlığı və həyatı bahasına qazanc əldə etməyə çalışan
“işbazlar”ın qanunsuz fəaliyyətlərinin qarşısının alınması
istiqamətində Agentlik və hüquq-mühafizə orqanları tərəfindən
mütəmadi qaydada yoxlama-nəzarət tədbirləri keçirilir və aşkar
olunan qanunazidd hallarla bağlı ən sərt tədbirlər görülür.

Trend xəbər
verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin istehlakçılara
müraciətində bildirilir.

Vurğulanır ki, adətən, dələduzlar bu cür qanunsuz fəaliyyətlə
gizli və qapalı məkanlarda məşğul olduğundan onların aşkarlanması
və ifşa olunmasında vətəndaşların dəstəyi və bu istiqamətdə ictimai
nəzarət mühüm əhəmiyyət kəsb edir.




“Qeyd edək ki, kustar üsullarla saxta spirtli içkilərin
hazırlanmasında metil (metanol) spirtindən istifadə edilir.
Zəhərlənməyə səbəb olan metil texniki və sənaye spirtidir, onun
qida kimi istifadə edilməsi yolverilməzdir. Metil spirtinin az
miqdarda qəbulu belə, orqanizmdə çox ciddi fəsadlara səbəb
olur.
Qida üçün nəzərdə tutulmayan təhlükəli maddələrin spirtli içki
məhsullarının hazırlanmasında istifadəsi qəti şəkildə
yolverilməzdir. Həmçinin vətəndaşların həyat və sağlamlığına qəsd
törətdiyi üçün cinayət məsuliyyəti yaradır.

İstehlakçıların bu məsələdə diqqətli olmaları tövsiyə olunur.
Belə qanunsuz hallarla rastlaşdıqda aidiyyəti dövlət orqanlarına, o
cümlədən Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş
olunur. İctimai iaşə, satış və digər məkanlardan qida məhsulları
alarkən məhsulun qablaşdırmasına, etiket məlumatlarına diqqət
yetirsinlər, qida təhlükəsizliyi ilə bağlı müvafiq sənədləri tələb
etsinlər”, – qurumdan əlavə olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir