Putinlə dialoqun bərpası Avropa üçün faydalı ola bilər – Makron

Baş səhifə

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putinlə dialoqun bərpası Avropa üçün
faydalı ola bilər.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel
Makron bildirib.

Fransa lideri bu fikri Avropa İttifaqı ölkələrinin Ukraynaya 90
milyard avro məbləğində maliyyə vəsaiti ayırmaq barədə razılığa
gəlməsindən sonra səsləndirib.




O qeyd edib ki, yaxın həftələrdə Avropa dövlətləri Rusiya ilə
tammiqyaslı dialoqun yenidən başlanması üçün uyğun yollar və
formatlar tapmalıdır.

Makron vurğulayıb ki, bu cür təmaslar təşkilatlanmış şəkildə, Aİ
ölkələri arasında koordinasiyalı və tam şəffaflıq şəraitində
aparılmalıdır. O qeyd edib ki, dialoqun bərpası həm Fransanın, həm
də digər Avropa dövlətlərinin maraqlarına cavab verir.

Qeyd edək ki, iyul ayında Vladimir Putin və Emmanuel Makron üç
ildən sonra ilk dəfə telefon danışığı aparıblar. Söhbət zamanı
liderlər Ukrayna ətrafındakı vəziyyəti, İranla İsrail arasında
gərginliyin artmasını, eləcə də ABŞ-nin İranın nüvə obyektlərinə
endirdiyi zərbələri müzakirə ediblər və Yaxın Şərq üzrə mövqelərin
əlaqələndirilməsi məqsədilə təmasları davam etdirmək barədə
razılığa gəliblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir