Abşeronda restoranda baş vermiş yanğın söndürülüb

Baş səhifə

Bakı. Trend:

Xəbər verildiyi kimi, Abşeron rayonu, Novxanı kəndində
restoranda baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə
Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri
tərəfindən genişlənməsinə, o cümlədən bitişik tikilən otelə
yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Trend xəbər verir ki, b
barədə FHN məlumat yayıb.

Yanğın nəticəsində ümumi sahəsi 2000kv.m. olan restoranın 1-ci
mərtəbəsinin terrasının dam örtüyünün yanar konstruksiyaları
70kv.m. sahədə yanıb.

Restoranın böyük hissəsi və bitişik otel yanğından mühafizə
olunub.




Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon
xəttinə Abşeron rayonu, Novxanı kəndində restoranda yanğın baş
verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından
Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin
qüvvələri cəlb olunub.

FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində restoranın dam
örtüyündə baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa
müddətdə söndürülüb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir