
Bakı. Trend:
Bu ilin yanvar-sentyabr ayları ərzində Gürcüstandan Azərbaycana
birbaşa xarici investisiyaların həcmi 74,412 milyon ABŞ dolları
təşkil edib.
Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 43,4
milyon dollar və ya 2,4 dəfə çoxdur.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi
həcmində Gürcüstandan reallaşan investisiyaların payı 1,6% təşkil
edib.
Azərbaycan isə öz növbəsində cari ilin ilk 9 ayı ərzində
Gürcüstan iqtisadiyyatına 111,318 milyon dollar sərmayə qoyub ki,
bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,6 milyon dollar və ya
16,3% azdır.
Birbaşa xarici investisiyaların ümumi həcmində Gürcüstana
yatırılan Azərbaycan investisiyalarının xüsusi çəkisi 5,5% təşkil
edib.
2024-cü ilin ilk 9 ayı ərzində Gürcüstandan Azərbaycana birbaşa
xarici investisiyaların ümumi həcmi 31,047 milyon dollar,
Azərbaycandan isə bu ölkəyə yatırımların həcmi 95,750 milyon dollar
təşkil etmişdi.
Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycan
iqtisadiyyatına birbaşa xarici investisiyalar 4,736 milyard ABŞ
dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki
göstəriciyə nisbətən 213,485 milyon ABŞ dolları və ya 4,7% artım
deməkdir.
Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xarici
iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə
2,039 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 9
ayındakı göstərici ilə müqayisədə 658,090 milyon ABŞ dolları və ya
47,7% çoxdur.

