Yaponiyada Qara Qarayevin musiqilərindən ibarət kompakt disk hazırlanıb (FOTO)

Baş səhifə

Bakı.Trend:

Yaponiyada yaşayan azərbaycanlı musiqiçi, “Ongakuno-le” musiqi
məktəbinin rəhbəri Gülnarə Səfərovanın təşəbbüsü və Diasporla İş
üzrə Dövlət Komitəsinin dəstəyi ilə görkəmli Azərbaycan bəstəkarı
Qara Qarayevin əsərlərindən ibarət kompakt disk (CD) hazırlanıb.
Bu, Yaponiyada, eləcə də Asiyada Qara Qarayevin işıq üzü görən ilk
CD-dir.

Trend xəbər
verir ki, bu barədə Diaporla İş üzrə Dövlət Komitəsi məlumat
yayıb.

CD-dəki musiqilər fortepianoda, simli və nəfəsli alətlərdə
istedadlı musiqiçilər tərəfindən ifa olunub. Diskin hazırlanmasında
yüksək peşəkarlığa malik səsyazma rejissoru, prodüser, dizayner və
digər mütəxəssislər iştirak ediblər.

Səsyazma Yaponiyanın Miyaqi prefekturasının paytaxtı Sendai
şəhərində yerləşən dünyaca məşhur “KAWAI” musiqi şirkətinin
studiyasında həyata keçirilib. Audio materialın kompakt disk
formatına salınması və CD-nin hazırlanması isə Tokioda baş
tutub.




Hazırlanan CD-lərin “KAWAI” və “YAMAHA” musiqi mərkəzlərinə,
həmçinin yanvar ayında keçiriləcək Zama Beynəlxalq Festivalında
musiqisevərlərə paylanılması nəzərdə tutulur.

Qeyd edək ki, Gülnarə Səfərovanın gələn ilin iyulunda Tokioda
baş tutacaq konsertində CD-nin təqdimatı olacaq.

Bu layihə Azərbaycan–Yaponiya mədəni əlaqələrinin inkişafına,
Azərbaycan klassik musiqisinin beynəlxalq səviyyədə təbliğinə və
Qara Qarayev yaradıcılığının daha geniş auditoriyaya çatdırılmasına
mühüm töhfə verir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir