AİB Türkiyənin zəlzələdən bərpasını sürətləndirmək məqsədilə 2 kredit ayıracaq

Baş səhifə

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) 2023-cü ilin fevralında baş vermiş
zəlzələlərdən sonra Türkiyənin bərpasını sürətləndirmək məqsədilə
ümumilikdə 909,7 milyon ABŞ dolları məbləğində iki kreditin
ayrılmasını təsdiqləyib.

Trend banka
istinadən xəbər verir ki, kreditlər dayanıqlı infrastrukturun
inkişafına, istehsala investisiyalara və kiçik və orta biznesin
(KOB) dəstəklənməsinə yönəlib.

Bildirilir ki, kreditlərdən biri 585,7 milyon ABŞ dolları
məbləğindədir və “Zəlzələlərdən sonrakı bərpa, dayanıqlığın
artırılması və məşğulluğun yaradılması məqsədilə ixracyönümlü
müəssisələrin uzunmüddətli maliyyələşmə imkanlarının
genişləndirilməsi” layihəsinin maliyyələşdirilməsinə
yönəldiləcək.




“Vəsaitlər Türkiyənin İxrac-Kredit Bankına (Eximbank) kredit
xətti şəklində təqdim ediləcək və sonradan ən azı 100 ixracyönümlü
kiçik və orta müəssisə arasında bölüşdürüləcək. Krediti əldə
edəcəklə subyektlərin azı 60 faizinin zəlzələlərdən zərər çəkmiş
ərazilərdə fəaliyyət göstərəcəyi gözlənilir.

AİB-in məlumatına görə, maliyyələşmə eyni zamanda qadınlara
məxsus və ya qadınlar tərəfindən idarə olunan müəssisələrə, eləcə
də qadınların əhəmiyyətli dərəcədə təmsil olunduğu şirkətlərə
yönəldiləcək. Bu çərçivədə “yaşıl” həllərin tətbiqi təşviq
ediləcək, ekoloji və təbii fəlakət risklərinin
qiymətləndirilməsinin biznes proseslərinə inteqrasiyası
dəstəklənəcək. Layihə, həmçinin, “Eximbank”a təbii fəlakət
risklərinin idarə edilməsi və gender amilini nəzərə alan
maliyyələşmə üzrə praktikanın gücləndirilməsində dəstək
göstərəcək”, – məlumatda qeyd olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir