ABŞ 85 min xarici vətəndaşın vizasını ləğv edib

Baş səhifə

Bakı. Trend:

ABŞ Dövlət Departamenti bu il prezident Donald Trampın təşəbbüsü
ilə başladılan qanunsuz mühacirətə qarşı kampaniya çərçivəsində 85
min vizanı (qeyri-miqrasiya vizası nəzərdə tutulur –red.) ləğv
edib.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin 2025-ci
il üzrə yekun hesabatında deyilir.




“Dövlət Departamenti deportasiyaların sürətləndirilməsi və
sadələşdirilməsi məqsədilə təhlükəsiz üçüncü ölkə barədə yeddi
saziş imzalayıb və bu ilin yanvar ayından etibarən 85 mindən çox
qeyri-miqrasiya vizasını ləğv edib”,- hesabatda qeyd olunur.

Qeyd edək ki, dekabrın 18-i ABŞ-nin Daxili Təhlükəsizlik naziri
ABŞ-da yaşamaq icazəsi verən “qrin kart” proqramının dərhal
dayandırılmasına göstəriş verib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir