
Bakı. Trend:
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə
partlayıcı, tezalışan maddə və pirotexniki vasitələrin paytaxt
ərazisində topdan satışının qarşısı alınıb.
Trend xəbər verir ki, bu
barədə DİN məlumat yayıb.
Tədbir zamanı Bakı şəhərində yerləşən ticarət mərkəzlərinin
birində gizli şəkildə pirotexniki vasitələrin satışını təşkil edən
1957-ci il təvəllüdlü E.Hüseynov saxlanılıb. Onun həmin ticarət
mərkəzi və Suraxanı rayonunda yerləşən anbarlarından yüksək səs,
həmçinin işıq effektləri yaradan müxtəlif növ pirotexniki vasitələr
aşkarlanıb. Araşdırma aparılır.
Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının
qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

