Kənd təsərrüfatı fəaliyyəti ilə bağlı obyektlərin tikintisi üçün icazə tələb olunacaq

Baş səhifə

Bakı. Trend:

Tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin
siyahısında dəyişiklik ediləcək.

Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisinin bugünkü plenar
iclasında müzakirə olunan Şəhərsalma və Tikinti Məcəlləsində
dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, mülkiyyətdə, icarədə və ya
istifadədə olan torpaq sahəsində hündürlüyü ən çoxu 5 metr, sahəsi
100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin,
kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq
fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələb
olunmur.




Qanun layihəsində kənd təsərrüfatı fəaliyyəti
ilə bağlı obyektlərin tikintisinin sözügedən siyahıdan çıxarılması
təklif edilir.

Həmçinin, mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq
sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb
olunmayacaq:

  • xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60
    kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların (kənd
    təsərrüfatı təyinatlı torpaqlarda tikilənlər istisna
    olmaqla
    );
  • tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin
    (kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilənlər istisna
    olmaqla
    );
  • hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr
    olan istixanaların (kənd təsərrüfatı təyinatlı torpaqlarda
    tikilənlər istisna olmaqla
    ).

Qanun layihəsi səsverməyə qoyularaq bir
oxunuşda
qəbul edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir