Sosial şəbəkələrdə fahişəliyə açıq çağırış edənlər cərimələnəcək

Baş səhifə

Bakı. Trend:

İnternet informasiya ehtiyatında fahişəliklə məşğul olmağa açıq
çağırışların edilməsinə görə cərimə tətbiq olunacaq.

Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında
müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi
barədə qanun layihəsində öz əksini tapıb.




Layihəyə əsasən, internet informasiya ehtiyatından və ya
informasiya-telekommunikasiya şəbəkəsindən istifadə etməklə
fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə və ya
kütləvi nümayiş etdirilməklə fahişəliklə məşğul olmaqla bağlı
sövdələşməyə görə 500 manat məbləğində cərimə
ediləcək.

Qanun layihəsi səsverməyə qoyularaq birinci
oxunuşda
qəbul edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir