Əkin yerini yandıranlara 7 min manatadək cərimə və inzibati həbs tətbiq ediləcək

Baş səhifə

Bakı. Trend:

Əkin yerinin yandırılmasına görə yeni cərimələr
müəyyənləşdiriləcək.

Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında
müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi
haqqında qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, əkin yerinin yandırılmasına görə
fiziki şəxslər 400 manatdan 600
manatadək məbləğdə, vəzifəli şəxslər 1 500
manatdan 2 min manatadək məbləğdə, hüquqi şəxslər
5 min manatdan 6 min manatadək
məbləğdə cərimə edilir.




Layihəyə əsasən, əkin yerinin yandırılmasına görə fiziki şəxslər
400 manatdan 600 manatadək
məbləğdə, vəzifəli şəxslər 1 500 manatdan
2 min manatadək məbləğdə cərimə ediləcək və ya
işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu
tədbirlərin tətbiqi kifayət sayılmadıqda 1 ayadək
müddətə inzibati həbs tətbiq olunacaq, hüquqi şəxslər 5
min
manatdan 6 min manatadək məbləğdə
cərimə ediləcək.

Yuxarıda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs
tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi
gündən 1 il ərzində təkrar törədilməsinə görə
fiziki şəxslər 600 manatdan 800
manatadək məbləğdə, vəzifəli şəxslər 2 min
manatdan 2 500 manatadək məbləğdə cərimə ediləcək
və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla
bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 1
aydan 2 ayadək müddətə inzibati həbs tətbiq
olunacaq, hüquqi şəxslər 6 min manatdan 7
min
manatadək məbləğdə cərimə ediləcək.

Qanun layihəsi səsverməyə qoyularaq birinci
oxunuşda
qəbul edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir