AİB Gürcüstanın dayanıqlı inkişaf yönümlü ilk istiqrazlarına iri həcmdə investisiya qoyub

Baş səhifə

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Qafqazda ən böyük avtomobil
distribyutoru olan “Tegeta Holding” tərəfindən buraxılmış dayanıqlı
inkişaf göstəricilərinə bağlı istiqrazlara “lövbər” investor
(öncədən razılaşdırılmış iri həcmli sərmaye qoyan investor –red)
kimi 41 milyon gürcü larisi (15,2 milyon ABŞ dolları) həcmində
investisiya qoyub. Bu, lari ilə nominasiya olunmuş ilk belə
istiqrazlar hesab olunur.

Trend bu barədə
bankın məlumatına istinadən xəbər verir.

Bildirilir ki, AİB-in iştirakı “Tegeta” istiqrazlarının
buraxılmasını stimullaşdırıb. Ümumilikdə istiqrazların həcmi 260
milyon lari (təxminən 95,7 milyon ABŞ dolları) olub və bu, Tbilisi
Fond Birjasında həyata keçirilib. Bu addım Cənubi Qafqazda davamlı
nəqliyyat və “yaşıl” mobilliyin inkişafına töhfə verir.




“Davamlı inkişaf göstəricilərinə bağlı istiqrazlar maliyyə
şərtlərini müəyyən ekoloji və ya sosial məqsədlərin əldə edilməsi
ilə bağlayır. “Tegeta” üçün bu, aşağı emissiyalı nəqliyyat
vasitələrinin parkının modernləşdirilməsi və genişləndirilməsini,
eləcə də ekoloji, sosial məsuliyyət və korporativ idarəetmə
standartlarının gücləndirilməsini əhatə edir. İstiqrazlardan əldə
olunan vəsait karbon emissiyalarının azaldılması və daha təmiz
nəqliyyatın təşviqi layihələrinə, əsasən Gürcüstan və Ermənistanda
sərf olunacaq.

AİB 2007-ci ildən Gürcüstana dəstək göstərir və ölkənin inkişaf
sahəsində ən böyük çoxtərəfli tərəfdaşıdır. Bankın Gürcüstana
verdiyi kreditlər, qrantlar və texniki yardımların ümumi həcmi
təxminən 5 milyard ABŞ dolları təşkil edir ki, bunun da təxminən 1
milyardı özəl sektora yönəldilib”, – məlumatda deyilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir