
Bakı. Trend:
Мədəni sərvətləri ehtiyatsızlıqdan məhv etməyə görə cəzalar
müəyyənləşdiriləcək.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında
müzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə
qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, dövlət tərəfindən qorunan mədəni sərvətlərin
qanunvericiliklə müəyyən edilmiş qorunması, tədqiqi və istifadəsi
qaydalarının pozulması ehtiyatsızlıqdan onların məhv edilməsinə
səbəb oldubda cinayət nəticəsində vurulmuş ziyanın iki mislinədək
miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılacaq.
Qanun layihəsi səsverməyə qoyularaq birinci
oxunuşda qəbul edilib.

