ADA Universitetinin Dizayn və memarlıq fakültəsi şəhərsalma və dizayn müzakirələrinə töhfə verir (FOTO)

Baş səhifə

Bakı. Trend:

ADA Universitetinin yeni yaradılmış Dizayn və memarlıq fakültəsi
elmi və praktiki bilik mübadiləsini gücləndirmək, həmçinin 2026-cı
ildə Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF 13)
ərəfəsində intellektual müzakirələrə zəmin yaratmaq məqsədilə
Azərbaycan Şəhərsalma Maarifləndirmə Kampaniyası çərçivəsində
silsilə seminarlar təşkil edib.

Fakültənin professorları Anhel Ampuero Kordero, Ermes
Invernizzi, Melania Visentini və Dina Yovanoviç Lombardonun təqdim
etdiyi mühazirələr memarlıq məkanlarının insanlarla yaratdığı
ünsiyyət, kollektiv yaddaş və milli kimliklə əlaqəsi, yeni
texnologiyaların mədəni irsin qorunması və idarə edilməsində rolu,
məkan tərtibatında istifadəçilərin iştirakı kimi mövzuları
araşdırmaq üçün akademik və peşəkar auditoriyanı bir araya
gətirib.

Seminarlar həmçinin müasir iş mühitlərinin formalaşdırılmasında
istifadəçi-yönümlü və iştirakçı dizayn yanaşmalarının tətbiqi,
eləcə də yeni texnologiyaların mədəni irsin qorunması və idarə
edilməsində rolu kimi mövzulara fokuslanıb. Bu müzakirələr
Azərbaycanda dizayn və memarlıq sahəsində multidissiplinar
yanaşmaların tətbiqini təşviq etməklə beynəlxalq təcrübə ilə yerli
kontekst arasında konstruktiv dialoqu gücləndirib.




Fakültə beynəlxalq akademik və yaradıcılıq şəbəkələri ilə
əməkdaşlığı da genişləndirmək istiqamətində çalışır. Kanadanın
Manitoba Universitetinin professoru Tijen Roşko qonaq spiker
qismində çıxış edərək innovativ və dayanıqlı dizayn yanaşmaları,
akademiya ilə yaradıcı sənaye arasındakı əlaqə barəsində
danışmışhəmçinin beynəlxalq yaradıcı platformalardakı peşəkar
təcrübəsini gənc dizayner və tələbələrlə bölüşmuşdür.

ADA Universitetinin Dizayn və memarlıq fakültəsi Azərbaycanda
innovativ, inklüziv və qlobal baxışa əsaslanan dizayn və memarlıq
təhsilinin inkişafına dəstək vermək məqsədi ilə 2026-cı ildə
sözügedən seminar silsiləsini davam etdirəcəkdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir