
Quba şəhərinin Bayraq Meydanında dirəkdən yıxılan şəxs xəsarət alıb.
APA-nın şimal bürosu xəbər verir ki, Quba rayon sakini Pərviz Mütəlimov dirəkdə asılan bayrağı dəyişərkən təhlükəsizlik kəməri qırılıb. Nəticədə o, dirəyin beton hissəsinin üzərinə yıxılaraq müxtəlif dərəcəli xəsarətlər alıb.
Əraziyə FHN-in xilasetmə qüvvələri, təcili yardım cəlb edilib. Pərviz Mütəllimov Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

