
Son 5 ildə həkimlərin orta aylıq maaşı 371 faiz artıb.
Metbuat.az-ın məlumatına görə, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunları və qarşıdakı dövr üçün planları”na həsr olunmuş brifinqdə bildirib.
“2020-ci illə müqayisədə 2025-ci ildə həkimlərin orta aylıq əməkhaqqı 1 850 manata yüksələrək 371 faiz artıb və bu göstərici ölkə üzrə orta əməkhaqqını xeyli üstələyib. Bu artım həkim əməyinə verilən dəyərin real göstəricisidir. Orta və kiçik tibb heyətinin əməkhaqları da müvafiq olaraq 96 və 78 faiz artaraq daha sabit və proqnozlaşdırıla bilən gəlir səviyyəsinə çatıb.”
O, vurğulayıb ki, səhiyyə işçilərinin sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir və əməkhaqqı ilə bağlı gələn il də müəyyən artımlar nəzərdə tutulur.
Sevinc İbrahimzadə / Metbuat.az

