
Bakı. Trend:
Azərbaycan və BMT arasında əməkdaşlığın gündəliyində olan
prioritetləri müzakirə edilib.
Trend xəbər
verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl
Cabbarov “X” hesabında paylaşım edib.
“BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka
Andreyeva ilə görüşdə BMT ilə əməkdaşlığın gündəliyində olan
prioritetləri müzakirə etdik. “Azərbaycan Respublikası Hökuməti ilə
BMT arasında 2026–2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə
Əməkdaşlıq Çərçivəsi”nin icrası, Dayanıqlı İnkişaf Məqsədlərinin
(DİM) icrasının monitorinqinin gücləndirilməsi məqsədilə “DİM üzrə
Milli İzləmə Sistemi”nin hazırlanması, regionlar üzrə DİM-lərin
lokallaşdırılması fəaliyyətlərinin davam etdirilməsi məqsədilə
BMT-nin ixtisaslaşmış qurumları ilə birgə əməkdaşlıq barədə
fikirlərimizi bölüşdük. Xanım Vladanka Andreyevaya səlahiyyət
müddəti ərzində BMT-nin ölkə üzrə nümayəndəliyi ilə Azərbaycan
Hökuməti arasında yüksək səviyyəli tərəfdaşlığa və əməkdaşlığa
töhfələri üçün təşəkkürümüzü bildirir və uğurlar arzulayırıq”, –
paylaşımda qeyd edilib.

