
Rusiyadan Ukraynaya hərbçilərə məxsus olduğu iddi edilən 1003 meyit qaytarılıb.
APA xəbər verir ki, bu barədə UNN Ukraynanın hərbi əsirlərlə iş üzrə Koordinasiya Qərargahına istinadən məlumat yayıb.
Məlumata görə, bu, Hərbi əsirlərlə iş üzrə Koordinasiya Qərargahı, Təhlükəsizlik Xidməti, Silahlı Qüvvələr, Daxili İşlər Nazirliyi, Ombudsman ofisi və digər təhlükəsizlik sektoru strukturlarının səmərəli əməkdaşlığının nəticəsində mümkün olub.
Bildirilir ki, hüquq mühafizə orqanlarının istintaqçıları və Daxili İşlər Nazirliyinin ekspert təşkilatları bütün zəruri ekspertizaları həyata keçirəcək və meyitlərin identifikasiyasını aparacaqlar.
Xatırladaq ki, 20 noyabr tarixində Ukrayna hərbçilərinə məxsus olan 1000 meyit qaytarılmışdı.

