Avropa Parlamentinin qətnaməsi Azərbaycanın daxili işlərinə kobud müdaxilədir – Sevil Mikayılova

Baş səhifə

Bakı.Trend:

Avropa Parlamentinin 18 dekabr tarixli qətnaməsi Azərbaycanın
daxili işlərinə kobud müdaxilədir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı
Sevil Mikayılova bildirib.

S.Mikayılova qeyd edib ki, ölkənin suveren hüquqlarına
hörmətsizlik göstərərək ədalət məhkəməsinin qərarlarının
mübahisələndirilməsi beynəlxalq hüququn bütün normalarına
ziddir.

“AP nə qlobal arbitrdır, nə də appelyasiya məhkəməsi. Öz
korporativ ərazisindən cıxaraq, tamamilə uzaq coğrafiyada baş verən
proseslərə hakimlik etmək AP-nin ucuz və zəif siyasi alətlərə
kökləndiyinin göstəricisidir. Açıq ultimatum ritorikası əslində
təşkilatın hamıya öyrətmək istədiyi dəyərlərlə ziddiyyət təşkil
edir və hüquq pozuntusudur. Sual yaranır niyə görə AP ağır
ittihamlarla istintaq altında olan şəxsləri belə ürəyiyananlıqla
müdafiə edir? Özü də xüsusi narahatlıqla”.

S.Mikayılova vurğulayıb ki, AP artıq zəifləməkdədir və qlobal
məkanda əsas aktor statusunu itirir.

“ABŞ-nin yeni qəbul edilmiş Milli Təhlükəsizlik Strategiyasında
Avropada vüsət almış böhran və dəyərlərin itirilməsi barədə
müddəalar, əslində, bu münasibətin bariz şəkildə nümayiş etdirir.
Görünür, belə vəziyyətdə Azərbaycan kimi güclənən ölkələrəAvropa
İttifaqı tərəfindən edilir və son təsəllisidir. Məsələn, Aİ 5
Azərbaycan gəmisinə sanksiya qoyur, lakin sanksiyalar irəli sürdüyü
Rusiya ilə hələ də ticarət aparır. Bu xüsusda Ermənistan kimi
ölkələrin xidmətindən də yararlanır. Avropanın öz taleyinin zərbə
altında olduğu bir dönəmdə diqqəti ayrı regionlara transformasiya
etməklə “hələ də hər şeyi nəzarətdə saxlayırıq” görüntüsü ucuz
şoudur”.

Deputat qeyd edib ki, Azərbaycan və Ermənistanın sülhü
möhkəmləndirmək səylərinə qarşı yönəlmiş bu cür təxribatlar əslində
sülh prosesini pozmaq niyyəti daşıyır:

“Bütün dünyanın Avropanın taleyini müzakirə etdiyi bir vaxtda
Avropa Parlamentinin Azərbaycanda insan haqlarının vəziyyətinə dair
dinləmələr təşkil etməsi çox gülünc görünür. Maraqlıdır ki,
Ermənistanda 2025-ci ildə təkcə müxalifətçilər, dini xadimlər və
siyasi fəallar müxtəlif səbəblərlə həbs edildiyi halda, bu Avropa
Parlamentini narahat etmir. Belə ikili standartlar Avropa
dəyərlərini uzun müddətdir aşındırıb və bunun saxtakarlıqdan başqa
bir izahı yoxdur”.

S.Mikayılova əlavə edib ki, Avropa İttifaqı Azərbaycanın artan
nüfuzundan narahatdır, lakin köhnəlmiş narrativlərdən çıxmadıqca
regionda nüfuz qazana bilməyəcək.

“Avropa Parlamentinin hər hansı müzakirəsi və ya qətnaməsinin
Azərbaycana heç bir hüquqi təsiri yoxdur. Biz Azərbaycanın daxili
işlərinə kobud müdaxilə hesab etdiyimiz bu Qətnaməni pisləyir və
qəbuledilməz olduğunu bildiririk”, – deyə S.Mikayılova
vurğulayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir